İsveçdə Quranı yandıran iraq vətəndaşı ilə bağlı YEKUN QƏRAR



 15:58 27.10.2023     310

Son aylarda İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya edilməsinə qərar verilib.

Demedia.az xəbər verir ki, bu barədə  İsveç hökuməti  qərar qəbul edib.

İsveç İmmiqrasiya İdarəsinin mətbuat katibi Jesper Tengro “TV4”kanalına verdiyi açıqlamada bildirib ki,  Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsi var.

 Tenqrot bildirib ki, bu tarixdən sonra yaşayış və iş icazəsi verilməyəcək və Momika deportasiya ediləcək: “Biz bu şəxsin yaşamaq və iş icazəsi üçün viza müraciətində yalan ifadələr olduğunu aşkar etdik və bu səbəbdən onu deportasiya etmək qərarına gəldik. Həmin şəxsin İsveçə girişinə 5 il müddətində qadağa qoyuldu”.

Momikanın deportasiya qərarından şikayət edəcəyi və işi İmmiqrasiya Məhkəməsinə aparacağı gözlənilir.

Bahadur Seyidov