Bu ölkə Ukraynaya hərbi yandırır dayandırır
Slovakiya Ukraynaya hərbi yandırmağı dayandırmağa qərar verib.
Demedia.az xəbər verir ki, qərarı yeni qurulan hökumətin baş naziri Robert Fiko bildirib. O bildirib ki, Kiyevə hərbi yardımı dəstəkləməyəcək. Onun sözlərinə görə, Avropa Birliyi silah tədarükçüsündən vasitəçiyə keçməlidir.
O həmçinin Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxıb və Slovakiyaya təsirini görməsə, Moskvaya qarşı heç bir sanksiyalara səs verməyəcəyini bildirib.
Qeyd edək ki, sentyabrın 30-da Slovakiyada keçirilən seçkilərdə birinci olan Sosial Demokrat Partiyası (SMER), Liberal Səs Partiyası (HLAS) və Slovak Milli Partiyası (SNS) arasında qurulan koalisiya hökuməti bu gün fəaliyyətə başlayıb.
4-cü dəfə Slovakiyanın baş naziri vəzifəsini icra edən SMER sədri Robert Fiko prezident Zuzana Çaputovanın yeni kabineti təsdiqləməsindən sonra keçirilən mərasimdə konstruktiv hökumət olacaqlarına söz verib.
Bahadur Seyidov