İsrail ordusu Qəzzada quru əməliyyatı həyata keçirdi



 16:43 27.10.2023     296

İsrail ordusu blokadada olan Qəzza zolağında quru qoşunları tərəfindən yeni “nöqtə əməliyyatı” həyata keçirildiyini bildirib.

Demedia.az xəbər verir ki, ordunun açıqlamasında, Qəzzanın mərkəzi bölgəsində quru qüvvələrinin həyata keçirdiyi nöqtə əməliyyatına döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının da dəstək verdiyi bildirilib. Bildirilib ki, əməliyyat zamanı təyyarə və artilleriya bölmələri Qəzzanın hər yerində, xüsusən də Şucayyə bölgəsində HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları”na aid olduğu iddia edilən əraziləri vurub.

Quru qüvvələrinin əməliyyatdan sonra Qəzzadan İsrail ərazisinə qayıtdığı və hərbçilərin xəsarət almadığı qeyd edilib.

Bahadur Seyidov