Hollandiya siyasi partiyasının lideri Tyerri Baudet hücuma məruz qalıb



 17:20 27.10.2023     307

Hollandiyada ifrat sağçı “Demokratiya Forumu” siyasi partiyasının lideri Tyerri Baudet Belçikada çətirlə hücuma məruz qalıb.

Demedia.az xəbər verir ki, Gent şəhərindəki universitetə ​​tələbə qrupunun dəvəti ilə çıxış etməyə gələn Baudet universitetə ​​daxil olarkən adı açıqlanmayan şəxsin çətirlə hücumuna məruz qalıb. Baudetin başına çətirlə zərbə vuran şəxs mühafizəçilər tərəfindən yaxalanıb. Belçika mediası hücumu təşkil edən şəxsin hadisə zamanı “antifaşizm” şüarları səsləndirdiyini bildirib. Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Hollandiyalı siyasətçi hücuma baxmayaraq universitetdə çıxış edib.

Bahadur Seyidov