Misirdə raket hücumu həyata keçirildi



 14:53 27.10.2023     319

Misirin Taba qəsəbəsinə raketin düşməsi nəticəsində 5 nəfər yaralanıb.

Demedia.az xəbət verir ki, Misir mətbuatında yer alan xəbərlərə görə, raket Taba xəstəxanasının rəhbərliyi üçün ayrılmış iqamətgahı vurub. Hadisə zamanı tələfat qeydə alınmayıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib. Raketin haradan atıldığının hələlik məlum olmadığı qeyd edilib. Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Məsələ ilə bağlı Misir rəsmiləri hələlik açıqlama verməyib.

Bahadur Seyidov