İsrailə yeni raket hücumu təşkil edildi
HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” İsrailin Qəzzaya hücumlarına cavab olaraq Təl-Əviv və Yaffaya raket hücumu təşkil etdiyini açıqlayıb.
Demedia.az xəbər verir ki, bu barədə qruplaşma teleqram kanalı vasitəsilə yazılı açıqlama verib. Açıqlamada Qəzza zolağındakı hücumlara cavab olaraq Təl-Əviv, Yaffa və yəhudi yaşayış məntəqələrinə çoxlu raket hücumlarının həyata keçirildiyi bildirilib. Yerli mənbələrin məlumatına görə, atılan raketlərə görə İsrailin Təl-Əviv və Yaffa da daxil olmaqla bir çox bölgəsində xəbərdarlıq siqnalları işə düşüb.
Qəzzadan atılan raketlərin əksəriyyəti İsrailin “Dəmir Qübbə” sistemi tərəfindən havada məhv edilsə də, bəziləri Təl-Əvivə düşüb.
Bahadur Seyidov