"Küçədə tapdım" - dedi, başına bəla oldu



 21:03 27.10.2023     794

Türkiyədə maraqlı hadisə yaşanıb.

Demedia.az xəbər verir ki,  Antalya hava limanında Roma dövrünə aid 3 daşla tutulan və xaricə çıxışı qadağan edilən belçikalı Kim Mike W Mergits ilk iclasda "O daşları küçədə tapdım. Onların tarixi əsər olduğunu bilmirdim" deyib.

Türkiyəyə tətilə gələn belçikalı cütlük Kim və Warre Mergits sentyabrın 16-da ölkələrinə qayıtmaq üçün gəldikləri Antalya Hava Limanında baqajlarında paltar və torbalara bükülmüş 3 daş olduğu şübhəsi ilə saxlanılıb. Antalya Muzey Müdirliyi tərəfindən daşların araşdırılması zamanı onların Roma dövrünə aid olduğu müəyyən edilib. Turist cütlüyü məhkəmə nəzarəti altında sərbəst buraxılarkən, səyahət qadağası qoyulub.

Antalya Respublika Baş Prokurorluğu tərəfindən cütlüklərdən biri olan Kim Mike W Mergitsə qarşı "Mədəni və Təbiət Varlıqlarının Qorunması Qanununu pozmaq" ittihamı ilə iddianamə hazırlanıb. Antalya 4-cü Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilən iddianamədə; Kim Mike W Mergitsin Mədəniyyət və Təbii Sərvətlərin Mühafizəsi haqqında Qanunun 68-ci maddəsinə uyğun olaraq 12 ilə qədər həbs və 5 min günə qədər məhkəmə cəriməsi ilə cəzalandırılması tələb edilib. İttiham aktında həmçinin hadisənin cəhd mərhələsində qalması istənilib.

Aysun / Demedia.az