Narın özündən daha faydalı nar sirkəsi - Video



 09:31 30.10.2023     470

Narın Özündən daha faydalı nar sirkəsi.

Sümük və əzələ sisteminin inkişafından tutmuş, qocalmaya qədər bir çox problemi nar sirkəsi ilə aradan qaldıra bilərsiniz.Nar sirkəsi nar dənələrindən hazırlanır. Turşməzə dadıyla həm yeməklərə, həm də salatlara ləzzət qatmaq üçün istifadə edilir. Faydalarına görə, həkimlərin və dietoloqların tövsiyə siyahısında nar sirkəsinin adını tez-tez görmək mümkündür. Vitamin və mineral deposu olan məhsul alma və üzüm sirkəsindən sonra ən populyar sirkədir. Sümük və əzələ sisteminin inkişafına müsbət təsir edən nar sirkəsi antioksidantlarla zəngin tərkibi ilə də seçilir. O, qocalmanı ləngidir və orqanizmi bir çox xəstəlikdən qoruyur.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az