Ürəyi öldürə biləcək 7 qidadan uzaq durun! - Video



 09:47 30.10.2023     607

Ürək-damar xəstəliklərinin qarşısının alınmasında qidalanmanın rolu əvəzolunmazdır. Müasir həyat tərzimiz, qeyri-sağlam qidalanma ürək-damar xəstəliklərinin cavanlaşmasına və geniş yayılmasına səbəb olur.

Müxtəlif un məhsullarının ürək üçün ziyanı danılmazdır. Unlu məhsulların tərkibindəki karbohidratın çoxluğu xolesterinin yüksəlməsinə səbəb olur. Xolesterin isə damarları zədələyən və ürək-damar xəstəliklərinin yaranmasına səbəb olan ən ən vacib faktorlardan biridir. Müasir həyatın ayrılmaz hissəsi olan, xüsusilə də gənclərin sevdiyi qidalar yəni “fast food” ürək üçün ən zərərli qidalar siyahısındadır. İlk növbədə piylənmə və artıq çəki yaratması ürək xəstəliklərinə yol açan əsas faktorlardan biridir. Bundan başqa, “fast food”un tərkibindəki zərərli yağlar damar divarlarında piylərin toplanmasına və damarların funksiyasının zəifləməsinə səbəb olur. Damarların zədələnməsi nəticədə ürək-damar xəstəliklərinə yol açır.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az