Dünya şöhrətli hücumçunun qəfil ürəyi dayandı



 10:44 30.10.2023     1087

NEC Nijmegendə çıxış edən Bas Dost qəfildən meydanın ortasında yıxılıb.

Demedia.az xəbər verir ki, sağlamlıq qrupları futbolçunu ürəyinin dayanması və infarkt keçirdiyi aydınlaşdıqdan sonra həyata qaytarıb. Baş Dost 5 dəqiqəlik sahədə edilən müdaxilədən sonra həyata qaytarılıb. Ulduz hücumçu daha sonra təcili yardım maşını ilə dərhal xəstəxanaya aparılıb. Klubdan verilən açıqlamada hollandiyalı futbolçunun vəziyyətinin yaxşı olduğu bildirilib.

Nijmegendən verilən açıqlamada Bas Dostun bütün müayinələrinin aparıldığı və hazırkı vəziyyətinin yaxşı olduğu bildirilib. Klub hollandiyalı hücumçunun bir neçə gün ərzində buraxılacağını açıqlayıb.

Bahadur / Demedia.az