Yaralı körpəni güldürməyə çalışan tibb işçisi... - VİDEO



 19:00 30.10.2023     581

İsrailin hücumlarında yaralı olaraq xilas edilən körpəni güldürmək istəyən tibb işçiləri göz yaşlarına boğulub. 

Demedia.az xəbər verir ki, İsrailin Fələstinə hücumlarının 24-cü günüdür. Hava zərbələri nəticəsində dağıntılara çevrilən Qəzzada minlərlə fələstinli həyatını itirib.

29 min evin dağıldığı şəhər nəhəng bir dağıntıya çevrildi. Xəstəxana və meyitxanaların dolu olduğu, səhiyyə sisteminin tamamilə çökdüyü Qəzzadan ağrılı görüntülər gəlməyə davam edir.

Təcili tibbi yardım maşınında lentə alınan görüntülər izləyənlərin ürəyincə olub.

İşçilər İsrailin hava hücumlarından yaralanaraq xilas edilən 3 aylıq körpəni qucağında saxlayıb və ağrılarını unutdurmaq üçün əvvəlcə onu güldürüb, sonra isə bərkdən ağlamağa başlayıb.

Aysun / Demedia.az