Adanada maraqlı hadisə: Toydan əvvəl gəlinlik paltarında...
Adanada toydan əvvəl gəlinliyi ilə notariusa gedən qadın mobil telefonunun kamerasına düşüb.
Demedia.az xəbər verir ki, Yüreğir rayonu, Cümhuriyyət məhəlləsi, İlbey Güney küçəsində adı açıqlanmayan qadın toydan əvvəl gəlinlik paltarı ilə notariusun yanına gedib, qardaşına məxsus avtomobili öz adına rəsmiləşdirib başqasına satdırıb. .
Gəlin və yaxınları prosedurların tamamlanmasını dəqiqələrlə gözlədilər. Prosedurlar başa çatdıqdan sonra gəlin toy üçün son hazırlıqları görmək üçün qohumları ilə birlikdə bərbərə gedib.
Həmin anlar notariusdakı şəxslər tərəfindən mobil telefonla lentə alınıb.
Aysun / Demedia.az