Soğan və sarımsaq olmadan dayana bilmir: Hər yerdə yeyir...



 22:36 30.10.2023     994

Bursada sarımsaq və soğan yeməkdən doya bilməyən 12 yaşlı Eymenin anası bu vəziyyətdən şikayətlənib. Oğlunun məktəbə gedəndə belə sarımsaq və soğan yediyini deyən ana "Oğlumla bir yerdə yatırıq. Sarımsaq, soğan yediyi üçün çox pis qoxuyur, amma hələ də onu bu sevgidən saxlaya bilmirəm" deyib.

Demedia.az xəbər verir ki, Bursanın Nilüfer rayonunda yaşayan 12 yaşlı Eymen Ayhan hər gün ən az 10 diş sarımsaq və çoxlu soğan yeyir.

Uşaqlığından bəri hər gün soğan və sarımsaq yeyən Eymen məktəbə gedəndə, evdə, dostları ilə çölə çıxanda həmişə yanında sarımsaq gəzdirir.

Eymen çoxlu sarımsaq və soğan yediyi üçün anası evdə sarımsaq və soğan gizlətməli olur. Hər gün bir kilo soğan və 10 diş sarımsaq istehlak edən Eymen gizlədilən sarımsaq və soğanı asanlıqla tapıb yeməyə davam edir.

Eymenin anası Özgül Ayhan, "Kiçikliyindən soğan və sarımsaq yeyir. Məktəbə gedəndə belə soğan yemək istəyir. "Oğlum, yemə, ağzını bulandırar" deyirəm. iy verir, amma məni dinləmir.Soğan yeyir,dişlərini fırçalayır,bazardan ətirli saqqız alıb məktəbə belə gedir.Məktəbə gedərkən “Evdə,küçədə hər yerdə sarımsaq yeyir. Oğlumla bir yerdə yatırıq.Sarımsaq və soğan yediyi üçün çox pis qoxuyur, amma hələ də onu bu sevgidən saxlaya bilmirəm”,-deyib.

Aysun / Demedia.az