Tramp prezident seçilsə, HƏMAS-la bağlı bu qərarı verəcək.
Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Donald Tramp prezident seçiləcəyi təqdirdə, HƏMAS-ı dəstəkləyən tələbələrin vizalarını ləğv edəcəyini bildirib.
Demedia.az xəbər verir ki, bu barədə o, “Respublika Yəhudi Koalisiyası” konfransında deyib. Nümayəndələr Palatasındakı müsəlman qadın nümayəndələr Rəşidə Tlaib və İlhan Öməri günahlandıran Tramp universitetlərdə keçirilən anti-İsrail nümayişlərini də tənqid edib:
“İsraili çox sevirəm. HƏMAS tərəfdarlarının universitet şəhərciklərindəki tələbə vizalarını ləğv edəcəyəm. Kampuslar ələ keçirilib”.
ABŞ-yə qarşı təhdidlərə toxunan Tramp “Bir damcı Amerika qanını töksəniz, biz də sizin qanınızı qallonlarla tökəcəyik” deyə açıqlama verib.
Qeyd edək ki, Donald Tramp ABŞ-da 2024-cü il prezident seçkilərinə yenidən namizəd olacaq.
Bahadur Seyidov