Bayramı qeyd edərkən səhvən oğlunu güllələdi



 21:49 30.10.2023     285

Türkiyənin  Bursa şəhərində ata oğlunu səhvən güllələyib.

Demedia.az xəbər verir ki,  Orhanqazi rayonunda  Türkiyə Cumhuriyyətinin 100-cü ildönümünü qeyd edən 57 yaşlı Yaşar B. havaya atəş açan zaman səhvən oğlunun boynuna güllə  dəyib.

Belə ki, o, son gülləni atmaq üçün tüfəngi yerə tuşlayıb. Bu zaman mərmi  skamyada oturan 21 yaşlı oğlunun boynuna dəyib.

Yaralanan gəncin vəziyyətinin yaxşı olduğu  bildirilir.

Araşdırma aparılır.

Bahadur Seyidov