BMT İsrail-HƏMAS müharibəsində ölən işçilərinin sayını açıqladı



 21:50 30.10.2023     231

Birləşmiş millətlər Təşkilatının oktyabrın7-dən bu yana  İsrail-HƏMAS müharibəsində  59 əməkdaşı həlak olub.

Demedia.az xəbər verir ki, bu barədə Təşkilat özü məlumat yayıb.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma başlayıb.

Qəzzadan həyata keçirilən hücumlarda 310-u əsgər olmaqla 1400 israillinin öldüyü, 5132 israillinin yaralandığı qeyd edilib. Fələstin Səhiyyə Nazirliyi Qəzzada İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərin sayının 8 mini ötdüyünü bildirib.

Bundan başqa, münaqişə bölgələrində 25 jurnalist həyatını itirib.

Bahadur Seyidov