Çoxarvadlılığı müdafiə edən millət vəkili dördüncü dəfə evləndi
Türkiyənin “Yenidən Rifah Partiyasının” sədr, Konya millət vəkili Əli Yüksel 74 yaşında evlənib.
Demedia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu, millət vəkilinin dördüncü evliliyidir.
KİV-in məlumatına görə, Yüksel mediada çoxarvadlığı müdafiə etməsi ilə tanınır.
Qeyd edək ki, Əli Yükselin ailəli, 8 övladı və 10 nəvəsi olduğu bildirilir.
Bahadur Seyidov