İsrail ordusu 4 Həmas üzvünü öldürdüyünü açıqlayıb
İsrail ordusu Qəzza zolağına təşkil etdiyi hücumlarda 4 Həmas üzvünü öldürdüyünü açıqlayıb.
Demedia.az xəbər verir ki, bu barədə İsrail ordusundan açıqlama verilib. Yazılı açıqlamada bildirilir ki, Hərbi Kəşfiyyat və Daxili Kəşfiyyat İdarəsi Şabak (Şin-Bet) rəhbərliyindəki qüvvələr HƏMAS-ın aparıcı üzvlərini məhv edib.
Açıqlamada deyilir ki, hədəfə alınanlar arasında “Dəniz Qüvvələrinin komandanı” Cemil el-Baba, “Əl-Tuffah Batalyonu”nun zirehli sistem komandiri Məhəmməd el-Səfadi və tank əleyhinə raketin aparıcı üzvü Mumin Hicazi və istehsal sistemindən məsul olan Məhəmməd Avadallah da var.
Bahadur Seyidov