Fələstindən Qəzza barədə açıqlama
Fələstin rəhbərliyi iki dövlətli həll ilə nəticələnəcək bir prosesə qayıtmadan Qəzza məsələsində İsraillə əməkdaşlıq etməyəcək.
Demedia.az xəbər verir ki, Fələstin Baş naziri Məhəmməd Ştiyye belə deyib. O “The Guardian” qəzetinə açıqlamasında bildirib ki, əhatəli və sülhsevər baxış olmadan bu əməkdaşlıq Fələstin rəhbərliyi tərəfindən qəbul edilməyəcək.
"İordan çayının qərb sahilində siyasi həll yolu olmadan Fələstin rəhbərliyinin Qəzzanı idarə etməsi, Fələstin rəhbərliyinin F-16 və ya İsrail tankına minməsi deməkdir” - Fələstin Baş naziri Məhəmməd Ştiyye deyib.
Bahadur Seyidov