Yataqxanada 60-a yaxın tələbə yeməkdən ZƏHƏRLƏNDİ



 10:03 31.10.2023     408

Türkiyənin İstanbul şəhərindəki "Fatma Refet Angın" tələbə yurdunda qalan çox sayda tələbə zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Demedia.az  türk mediasina istinadən xəbər verir ki, hadisə ötən gecə saat 22:00 radələrində "Namık Kamal" küçəsində yerləşən "Fatma Refet Angın" tələbə yurdunda baş verib. Əldə edilən məlumata görə, bəzi tələbələrdə axşam yeməyindən sonra qusma, başgicəllənmə, boğazda yanma kimi şikayətləri olub.

Qusma və başgicəllənmə şikayətləri ilə yataqxana əməkdaşlarına müraciət edən tələbələr üçün yataqxanaya çoxlu təcili yardım maşınları göndərilib.

Axşam yeməyində toyuq əti yediyini bildirən tələbələrdən bəziləri təcili yardım maşınlarında müalicə olunarkən, bir çox tələbə zəhərlənmə şübhəsi ilə müxtəlif xəstəxanalara aparılıb. Müşahidə altında olan 60-a yaxın şagirdin sağlamlıq vəziyyətinin yaxşı olduğu öyrənilib.

Polis qrupları hadisə ilə bağlı araşdırma başladıb.

Aysun / Demedia.az