Uşaqlarda qıcolmalar zamanı bunları etməyin! - Video
Qıcolma uşaqlıq yaş dövrünün ən sıx görünən qıcolma tipidir.
Əgər uşaq qızdırmadan olan qıcolmanı 38-ə qədər olan temperatur fonunda keçirirsə və sutka ərzində qıcolma bir neçə dəfə təkrarlanırsa, qıcolmanın müddəti uzun çəkirsə, qıcolmadan sonra uşaqdahər hansı bir nevroloji defisit qalırsa və yaxud da ki, uşaq 1 yaşından kiçik dönəmdə febril qıcolma keçirirsə və ya 5 yaşdan böyük uşaqda indiyə qədər olmayıb və febril qıcılma başlayıbsa, bu artıq daha diqqət tələb edir. Çünki bu qıcolmalar “kompleks febril qıcolmalar” olub daha təhlükəli hesab olunurlar. Normalda 1 yaşa qədər olan uşaqlarda febril qıcolmalara daha diqqətli yanaşmaq lazımdır. Çünki 1 yaşa qədər olan uşaqlar febril qıcolma keçirərsə onların meningit, ensefalitdən olma ehtimalı yüksək olduğu üçün bu baxımdan çox diqqətli olmağımız lazımdır.
Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Pediatr Günay Rəsulova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az