SÜNİ MAYALANMA haqqında hər şey! - Video
İndiki zamanda süni mayalanma artıq adi prosedurlardan biri hesab edilir, buna görə də onun haqqında geniş məlumat əldə etmək olar.
Süni mayalanma – sonsuzluğun xüsusi müalicə üsuludur, bu zaman mayalanma qadın orqanizmindən kənarda baş verir. Süni mayalanma hansı hallarda tövsiyyə olunur? Ekstrakorporal mayalanma boru keçiriciliyinin pozulması və ya boruların olmaması zamanı, təbii yolla hamilə qala bilməyən xanımlara, həmçinin, kişi sonsuzluğunun mürəkkəb növləri zamanı tövsiyyə olunur. Yumurta hüceyrəsinin süni mayalanması necə baş verir? Süni mayalanma prosesinin öz xüsusiyyətləri var, hansı kı, sonsuzluğu yaradan səbəblərdən asılıdır. Hər bir patologiyanı ayrı-ayrılıqda araşdırıb uyğun müalicə növü təyin edirik.
Ginekoloq Şəhla Hüseynova mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Ginekoloq Şəhla Hüseynova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az