Qeyri-insani və qəddar bir hərəkət... - Partiya rəsmisi



 15:30 31.10.2023     542

AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik, "İsrailin Qəzzada Türk-Fələstin Dostluq Xəstəxanasına hücumu insanlıqdan kənar hücumlara bir yenisini əlavə edən vəhşi bir hərəkətdir" dedi. 

Demedia.az xəbər verir ki,  Qəzzanı 25 gündür bombardman edən İsrail qüvvələri Qəzzada səhiyyə idarəsinə aid Türk-Fələstin Dostluq Xəstəxanasını bombalayıb.

AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik dəfələrlə xəstəxana ətrafını hədəf alan İsrailə sərt reaksiya verib.

Bahadur / Demedia.az