Sevgilisi ilə evə gizli kamera yerləşdirdi: Nəticədə isə...



 19:00 31.10.2023     838

Bursada bir qadın bu yaxınlarda ev kirayələyib.

Demedia.az xəbər verir ki, evdə baş verən qəribə hadisələrdən və ev sahibinin daim mebel dəyişməsindən şübhələnən o, sevgilisi ilə birlikdə evə gizli kamera yerləşdirib. Bir gecə əylənmək üçün çölə çıxan kirayəçi telefonuna gələn kamera görüntüləri qarşısında şok keçirib.

Hadisə Osmanqazi rayonunun Bağlarbaşı Məhəlləsində baş verib. Sentyabrın 5-də Kızılcık küçəsindəki binalardan birində kirayə qalan Ecem Gökçe Seyhan köçdüyü gündən qızıl və valyutada əmanətlərinin azaldığını görüb. Bu proses zamanı eyni binada yaşayan ev sahibinin davamlı olaraq mebel yenilədiyini görən Seyhan şübhələnib.

Sevgilisinə vəziyyəti izah edən və yataq otağına kamera qoyan Seyhan daha sonra ev sahibi Ayşegül K.-nı çay içməyə evə dəvət edib. Seyhan və sevgilisi ev sahibi ilə bir müddət söhbət edərək kirayə haqqını ödəmək istədiklərini bildiriblər. Bunun üzərinə cütlük külli miqdarda xarici valyuta çıxararaq ev sahibinə bunu göstərib və ödənişi həyata keçirib.

Cütlük daha sonra çölə çıxacaqlarını bildiriblər. Bunun üzərinə Ayşegül K. evi tərk edib. Bir müddət sonra cütlük çölə çıxıb. Çöldəki cütlüyün cib telefonlarına təhlükəsizlik kamerası proqramından “Biri evinizə soxulub” bildirişi alıb. Cütlük görüntülərdən Ayşegül K.-nin evlərinə girərək oğurluq etdiyini görüb.

Seyhanın xəbəri ilə Ayşegül K. Oğurluq və Cibgirlik Bürosu qrupları tərəfindən nəzarətə alındı. Bildirilib ki, ifadəsində qapını 'pick pick' adlı açarla açdığını etiraf edən şübhəlinin üzərində əməliyyat davam edir.

Digər tərəfdən, Ayşegül K.-nin ümumilikdə 400 min lirə dəyərində valyuta və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. İstintaq davam edir.

Aysun / Demedia.az