DƏHŞƏTLİ QƏZA: Diqqətsizliyin sonu...



 23:48 31.10.2023     1012

Türkiyənin Nevşehir şəhərində motosiklet və pikapın iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər yaralanarkən, qəza anı təhlükəsizlik kamerasına düşüb.

Demedia.az xəbər verir ki, qəza ötən gün mərkəzin Kavak qəsəbəsində baş verib. A.T.motosikleti ilə əsas yolda hərəkətdə olarkən ikinci dərəcəli yoldan əsas yola çıxan pikap maşınına çırpılıb. Çarpmanın təsiriylə yola savrılan motosiklet sürücüsü A.T. yaralanmışdı. Qəzanı görən vətəndaşların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edildi.

Qəzada yaralanan motosiklet sürücüsü Nevşehir Dövlət Xəstəxanasında müalicə olunarkən, qəza ilə əlaqədar istintaq başladıldı. Qəza anı ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Aysun / Demedia.az