Beləsi ilk dəfə görülüb: Suları götürüb yerinə...



 22:36 31.10.2023     639

Türkiyədə 22 ildir qəsəbənin mərkəzində bufet işlədən Şuayip Gücek səhər saatlarında dükanını açarkən çöldə düzülmüş su qablarının arasında pul görüb.

Demedia.az xəbər verir ki, təhlükəsizlik kamerasına baxan Gücek iki gəncin bufetin qarşısında suyu götürərək pullarını kameraya göstərərək şüşələrə qoyub getdiyi görüntülərə rast gəlib.

Bu vəziyyətdən çox təsirləndiyini bildirən Gücek deyib: “Bizim gənclər haram yemir, içmir. Mən gənc qardaşlarımla həqiqətən fəxr edirdim. “Mən sizinlə görüşmək və təbrik etmək istərdim. Bura Suluova, bura Amasyadır. Həmvətənlərimizə güvənin".

Daha ətraflı videoda:

Aysun / Demedia.az