Şokolad üçün saxta silahla mağazaya basqın etdi



 22:18 31.10.2023     278

Belçikanın paytaxtı Brüsseldə bir şəxs saxta silah hədəsi ilə supermarketdən şokolad oğurlayıb.

Demedia.az xəbər verir ki, Brüssel polisindən verilən məlumata görə, ötən həftə Brüsselin Molenbek rayonundakı supermarketdə bir şəxs satıcıları silahla hədələyərək bir neçə paket şokolad oğurlayıb və hadisə yerindən qaçıb.

 Axtarışlar zamanı o, saxlanılıb. Polis həmin şəxsin üzərindən saxta silah və bir neçə bağlama şokolad götürüb. 

Saxta silahla şokolad oğurlayan şəxs polis idarəsində dindirildikdən sonra sərbəst buraxılıb.

Bahadur Seyidov