Bil Qeytsin köməkçisi sərvətini görə onu keçmək üzrədir



 22:45 31.10.2023     288

“Microsoft”un təsisçisi Bill Qeytsin keçmiş köməkçisi Stiv Balmer dünyanın ən varlı adamları siyahısında sürətlə yüksəlir.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tezliklə xalis sərvətinə görə keçmiş müdirini üstələyə bilər.

 Stiv Balmerin sərvəti bu il təxminən 29 milyard dollar artaraq 115 milyard dollara çatıb.

 Balmer hazırda “Bloomberg” milyarderlər indeksində beşinci yerdədir. Onun keçmiş rəhbəri Geyts 121 milyard dollarla dördüncü yerdədir. Aralarında 6 milyard dollar fərq var.

 Qeyd edək ki, Balmer Bloomberg-in varlılar siyahısında 10 ən varlı adam arasında yer alıb. O, “Microsoft”un səhmlərinin 4 faizdir.  Stiv Balmer 2014-cü ildə təqaüdə çıxıb.

 Məlumat üçün bildirək ki,  Balmer 1980-ci ildə “Microsoft”a 30-cu işçi kimi qoşulduqda, o, 50.000 dollarlıq baza maaşı və əldə edə biləcəyi mənfəət artımının 10 faizi həcmində bonusla razılaşıb.

 Ballmer 1980-ci ildə Microsoft-a prezidentin köməkçisi kimi qoşulmuş, lakin şəxsi köməkçi deyil, biznes meneceri vəzifəsində çalışıb.

Bahadur Seyidov