Qadın baş məşqçi döyülərək öldürüldü
Avstraliyanın Sidney şəhərində su polosu üzrə məşqçi Lili Ceyms döyülərək öldürülüb.
Demedia.az xəbər verir ki, qətlin 21 yaşlı Lili Ceymsin iş yerində məşqçi işləyən 24 yaşlı holland əsilli Paul Thijssen olduğu iddia edilir.
Avstraliya mediası Lili Ceymsin cəsədinin kəllə-beyin xəsarətləri ilə dövlət məktəbinin binasında tapıldığını bildirib. Polis bildirib ki, hadisədən 4 saat sonra Paul Thijsse polisə zəng edərək cəsəd barədə xəbər verib. Qətlə yetirilən baş məşqçinin əşyaları isə yaxınlıqdakı zibillikdən tapılıb.
Bahadur Seyidov