İrandan HƏMAS-ın tikdiyi tunellərlə bağlı AÇIQLAMA



 22:49 31.10.2023     276

“Həmas hərəkatı Qəzza zolağında 400 kilometrdən uzun tunellər inşa edib”.

Demedia.az xəbər verir ki, bunu “Tasnim” xəbər agentliyinə açıqlamasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri bildirib.  O  qeyd edib ki, HƏMAS üzvləri tuneldə bəzən avtomobil və ya motosikletdən istifadə edirlər:

"Tunellərin bir ucu Qəzza zolağı ilə İsrail arasında tikanlı məftillərin arxasında, digər ucu isə Qəzza zolağındadır". 

Bageri həmçinin HƏMAS döyüşçülərinin dözümlülüyünün səbəblərindən birinin onların passiv müdafiə məsələlərinə diqqət yetirmələri olduğunu qeyd edib. Baqiri əlavə edib ki, İsrail-Fələstin gərginliyinin həlli üçün yeganə ədalətli sülh təklifi İranın təklif etdiyi referendum təklifidir.

Bahadur Seyidov