İsrail ordusu Qəzzadakı qaçqınlar düşərgəsinə edilən hücumla bağlı açıqlama verdi



 23:14 31.10.2023     254

İsrail ordusu blokada altında olan Qəzza zolağında çoxlu mülki vətəndaşın olduğu Cibaliye qaçqınlar düşərgəsindəki yaşayış məntəqəsinə edilən hücumun məsuliyyətini öz üzərinə götürüb.

Demedia.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Daniel Hagari mətbuat konfransında Qəzza zolağındakı Cibaliyə qaçqınlar düşərgəsində iki binanın dağıdıldığı və çox sayda mülki vətəndaşın öldüyü hücumu həyata keçirdiklərini bildirib. Hagari müharibəyə rəhbərlik edən HƏMAS-ın yüksək rütbəli məsul şəxsi İbrahim Biariyi hədəf aldıqlarını iddia edib. Qəzzanın Səhiyyə Nazirliyi, İsrail qüvvələrinin Cibaliye qaçqınlar düşərgəsinə təşkil etdiyi hücumda 100 nəfərin öldüyünü açıqlayıb.

Bahadur Seyidov