Boliviya İsraillə diplomatik əlaqələri dayandırdığını açıqlayıb



 22:14 31.10.2023     263

Cənubi Amerika ölkəsi Boliviya Qəzzaya davam edən hücumlara görə İsraillə diplomatik əlaqələri dayandırdığını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Prezidentin sözçüsü Maria Nela Prada və xarici işlər nazirinin müavini Freddi Mamani birgə mətbuat konfransında açıqlama verib. Mamani bu mətbuat konfransını Yaxın Şərqdəki təhlükəli hadisələrə görə keçirdiklərini ifadə edərək, "Boliviya İsrail Dövləti ilə diplomatik əlaqələri dayandrımağa qərar verib. Ölkəmiz daha əvvəl Fələstin məsələsi ilə bağlı iki rəsmi açıqlama vermişdi" deyə bildirib.

Bahadur Seyidov