Livanlılar Beyrutda Fransa səfirliyi qarşısında nümayiş keçirib



 23:43 31.10.2023     281

Fransanın İsrailə verdiyi dəstəyə etiraz edən livanlılar paytaxt Beyrutda Fransa səfirliyi qarşısında nümayiş keçirib.

Demedia.az xəbər verir ki, Fransa Müdafiə naziri Sebastien Lecornunun Beyruta səfəri öncəsi bir qrup nümayişçi Fransa səfirliyi binası qarşısında toplaşıb. Fələstin bayraqları daşıyan nümayişçilər "Fələstinli uşaqların öldürülməsinə yox" və "Çaydan dənizə Fələstini azad edin" yazılı plakatlar qaldırıblar.

Livan polisinin Səfirlik qarşısında geniş təhlükəsizlik tədbirləri görməsi diqqət çəkib.

Bahadur Seyidov