BMT humanitar yardım işçilərinin hədəf alınmasının qəbuledilməz olduğunu bəyan edib



 23:45 31.10.2023     256

Birləşmiş Millətlər Təşkilatı münaqişələrdə humanitar yardım işçilərinin hədəf alınmasının qəbuledilməz olduğunu bəyan edib.

Demedia.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.

BMT Təhlükəsizlik Şurasında, Ukraynada müharibə başlayandan bəri 14 humanitar yardım işçisi və 9900 mülki vətəndaşın həyatını itirdiyi bildirildi. Qəzzada mülki itkilər bu rəqəmlərə yaxınlaşdı və həyatını itirən humanitar yardım işçilərinin sayı daha çoxdur. Beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı ciddi narahatlıq nümayiş etdirir” - Stefan Dujarrik deyib.

Bahadur Seyidov