Bu ölkədə rabitə və internet tamamilə kəsildi



 09:07 01.11.2023     489

İsrailin günlərdir bombardman etdiyi Qəzzada internet və rabitə xidmətləri yenidən kəsilib.

Demedia.az xəbər verir ki, İsrail dünən gecə Cibaliye Qaçqınlar Düşərgəsini bombalayarkən, şəhərdə yüzlərlə insan həyatını itirib, dağıntılar altında çoxlu adam axtarılır. Əlaqənin kəsilməsi ilə vəziyyət daha da pisləşdi. Fələstin Telekommunikasiya Şirkəti Paltel səhər saatlarında Qəzza zolağında rabitə və internetin tamamilə kəsildiyini açıqlayıb. Şirkətin X platformasında yaydığı bəyanatda deyilir: “Biz təəssüflə bildiririk ki, Qəzza zolağında əvvəllər qoşulmuş beynəlxalq şəbəkənin yenidən kəsilməsi ilə əlaqədar bütün rabitə və internet xidmətləri tamamilə kəsilib. ifadəsi işlədildi.

Bahadur / Demedia.az