Ürək qüsuru olan uşağın müalicəsi bu üsulla aparılır - Video



 09:52 01.11.2023     635

Uşaqlarda ürək kardiocərraiyyəsində uğurun əsas şərti diaqnozun erkən, düzgün qoyulması, ikinci şərt isə ediləcək müalicənin – istər müalicə, istər əməliyyatın doğru planlanmasıdır.

Təəssüf ki, valideynlər əksər hallarda uşaqlarda ürək-damar sistemi xəstəliyinin simptomlarına lazımi diqqət yetirmir və həkimə yalnız xəstəlik dərinləşdiyi zaman müraciət edirlər. Azərbaycanda uşaqlarda adətən hansı ürək xəstəlikləri müşahidə olunur, bu xəstəliklər hansı səbəblərdən baş verir, onların profilaktikası və müalicəsi necə olmalıdır? Belə ki, kiçik yaşlarda daha çox ürəyin anadangəlmə inkişaf anomaliyalarına, qüsurlarına və iltihabi xəstəliklərinə, məktəblilərdə isə aritmiyalara vegetativ damar distoniyalarına, arterial hiper və hipotoniyalara təsadüf edilir. Ürək qüsurlarından danışsaq, əhali arasında ürəyin anadangəlmə qüsurlarının tezliyi 1 faiz təşkil edir. Ürək qüsuru olan valideynin övladı da belə xəstəliklə doğula bilər. Əgər ana özü ürək qüsurlu olarsa, onun bu cür xəstəliyi olan uşaq dünyaya gətirməsi riski 14 faizdir.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az