İnsulin dirənci, şəkərli diabet kimi xəstəliklərə səbəb olur! - QARACİYƏR PİYLƏNMƏSİ - Video
Qaraciyər piylənməsi cəmiyyətin ciddi tibbi-sosial və ekonomik problemidir.
O, qaraciyərdə artıq miqdarda piyin toplanması (5% və ondan artıq) nəticəsində baş verir. Xəstə müalicə olunmadıqda qaraciyərin piy distrofiyası steatohepatitə,qaraciyər sirrozuna kimi irəliləyə bilər. Qaraciyər piylənməsinin səbəbləri hansılardır? Müxtəlif səbəblərdən orqanizmdə gedən maddələr mübadiləsinin pozulması; Hiss olunmaz dərəcədə fasiləsiz zəhərlənmə (bu qəbul etdiyiniz qida, spirtli içkilər, yaşayış mühiti və yaxud çalışdığınız işlə ilə bağlı ola bilər); Şəkərli diabet xəstəliyi zamanı qanda şəkərin miqdarı vaxtlı-vaxtında tənzimlənmədikdə; Hepatit viruslarının təsirindən;
Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az