ABŞ İsrailin bu hücumunu şərh etmədi



 14:23 01.11.2023     379

ABŞ administrasiyası Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsinə İsrail Müdafiə Qüvvələri tərəfindən həyata keçirilən silsilə hücumları şərh etməkdən imtina edib.

 Demedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İsrailin hazırkı hərbi əməliyyatlarında fələstinli mülki vətəndaşları qorumağa çalışdığına əminliyini ifadə edib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsinə silsilə hücumlar həyata keçirərək, bir neçə yaşayış binasını dağıdıb. “Al Hadath” telekanalının verdiyi məlumata görə, ölən və yaralananların sayı 400-ü keçib, onların yarısı uşaqdır.

 Bundan əvvəl Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Qudra telekanala bildirib ki, 100-dən çox insan hava hücumunun qurbanı olub. Onun sözlərinə görə, xilasedicilər dağılmış evlərin dağıntıları altından ölən və yaralıların cəsədlərini çıxarmaqda davam edir.

 İsrail əsgərləri Cebaliya, Beyt Lahiya və Beyt Hanuna hava hücumları ilə eyni vaxtda oktyabrın 31-də Qəzza zolağının şimalında 20 min əsgərin iştirak etdiyi quru əməliyyatının miqyasını genişləndirib.

Bahadur Seyidov