ABŞ-nin İsraildə gizli hərbi bazası var?



 14:52 01.11.2023     389

 ABŞ-nin İsraildə gizli hərbi bazasının olduğu iddia edilir.

Demedia.az xəbər verir ki,  bu barədə “The Intercept” internet saytı məlumat yayıb.

Qeyd edilib ki, bu  hərbi baza  "İrandan gələ biləcək təhlükələrə qarşı" yaradılıb.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin İsrailin cənubundakı Negev səhrasındakı Har Keren dağının zirvəsində yerləşən gizli baza tikintisini sakitcə davam etdirilir.

 Həmçinin  xəbərdə qeyd edilib ki, "Site 512" kod adlı ABŞ bazası İsrailə qarşı mümkün raket hücumlarını izləyir. Lakin vurğulanıb ki, oktyabrın 7-də HƏMAS-ın İsrailə minlərlə raket atdığı zaman “Sayt 512” onların heç birini aşkar etməyib. 

Pentaqonun öz qeydlərində bu layihəni “dünyanın gizli layihələrindən biri” kimi qələmə verməklə əsl məqsədini gizlətməyə çalışdığına diqqət çəkilib.

Bahadur Seyidov