İlon Maskın sərvəti “əriyir”



 15:14 01.11.2023     400

Amerikalı milyarder İlon Maskın sərvətində böyük azalma var.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Maskın aktivləri iyun ayından bəri ilk dəfə olaraq 200 milyard dollardan aşağı düşüb.

Bu, “Tesla”nın üçüncü rüb nəticələrini açıqladıqdan sonra məlum olub. 

“Tesla”nın xalis mənfəəti bu ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 44 faiz azalaraq 1,9 milyard dollar olub. Keçən ilin eyni dövründə Teslanın xalis mənfəəti 3,3 milyard dollar olub.

Bahadur Seyidov