Qəzzada 900-dən çox uşaqdan xəbər yoxdur



 15:45 01.11.2023     418

İsrailin hücumları nəticəsində Qəzzada 940 uşağın itkin düşüb.

Demedi.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Qeyd edilib ki, Qəzzada uşaqlar təkcə bombardmanlar üzündən deyil, həm də ehtiyac duyduqları tibbi yardımın olmaması səbəbindən ölürlər.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini, İsrailin son üç həftədə Qəzzada həyata keçirdiyi hücumlarda ölənlərin 70 faizinin uşaq və qadınlar olduğunu bildirib.

Bahadur Seyidov