Mask Sorosu ittiham etdi 



 16:42 01.11.2023     448

Amerikalı milyarder İlon Mask Corc Sorosu insanlığa nifrət etməkdə ittiham edib.

 Demedia.az xəbər verir ki, o,  bildirib ki,  Soros sivilizasiyanın quruluşunu məhv edən işlər görür. Bundan əlavə, sahibkar əmindir ki, maliyyəçi ABŞ Demokratik Partiyasının əsas sponsorlarından biridir.

O, həmçinin sosial mediada nifrət nitqinin artması ilə bağlı dezinformasiya yaymaqla azadlığın məhdudlaşdırılmasına nail olmaq cəhdinə görə özünün “X” şirkətinin Sorosun Açıq Cəmiyyət Vəqflərini məhkəməyə vermək istədiyini  bildirib.

Bahadur Seyidov