Çin kosmosa çoxməqsədli müşahidə peykini göndərib



 14:12 01.11.2023     276

Çin kosmosa çoxməqsədli müşahidə peyki "Tienhui-5" peykini göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat verib. Bildirilir ki, peyk ölkənin şimalındakı Şaansi əyalətindəki Tayyuen peyk mərkəzindən “Long Mart 6” raketi ilə orbitə buraxılıb. Kosmosa buraxıldıqdan sonra peyk planlaşdırılan orbital mövqeyinə yerləşib.

Məlumata görə, peykdən coğrafi xəritəçəkmə, torpaq ehtiyatlarının izlənməsi, elmi təcrübələr və digər vəzifələr üçün istifadə olunacaq.

Bahadur Seyidov