Şimali Koreya Madriddəki səfirliyini bağladı



 14:43 01.11.2023     279

Şimali Koreya bəzi Afrika ölkələrinin ardınca İspaniyanın paytaxtı Madriddəki səfirliyini həmişəlik bağladığını bildirib.

Demedia.az xəbər verir ki, Pxenyan rəhbərliyi Roma səfirliyinin İspaniyaya dair də fəaliyyət göstərəcəyini bildirib. Şimali Koreya qərarının səbəbini açıqlamasa da, mətbuatda bu qərarın Pxenyanın qlobal sanksiyalar səbəbiylə yaşadığı iqtisadi böhranla bağlı olduğu qeyd edilib.

Qeyd edək ki, 2001-ci ildə İspaniya ilə diplomatik əlaqələr quran Şimali Koreya 2013-cü ildə burada səfirlik açıb.

Bahadur Seyidov