Şimali Koreyadan HƏMAS-la bağlı açıqlama



 16:43 01.11.2023     500

Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonq, HƏMAS-ın İsrailə qarşı Şimali Koreya istehsalı silahlardan istifadə etdiyinə dair iddiaları əsassız adlandırıb.

Demedia.az xəbər verir ki, Kim Sonq BMT Baş Assambleyasında verdiyi açıqlamada bildirib ki, bəzi qərb ölkələri Şimali Koreyanı Yaxın Şərq böhranına cəlb etmək üçün ona qarşı qarayaxma kampaniyası aparır.ABŞ-ın bəzi kütləvi informasiya vasitələri vasitəsilə Şimali Koreyanın İsrailə qarşı silahlardan istifadə edilməsi ilə bağlı əsassız şayiələrin dərc edildiyini Kim iddiaları rədd edib.

Şimali Koreyanın fələstinlilərin yanında olduğunu bildirən Kim, bəzi ölkələrin İsrailə və onun hərbi əməliyyatına dəstək verərək Qəzza zolağındakı vəziyyəti daha da pisləşdirdiyini vurğulayıb.

Bahadur Seyidov