Antoni Blinken İsrail prezidenti İsaak Hersoqla telefon danışığı aparıb



 14:19 01.11.2023     275

ABŞ-ın dövlət katibi Antoni Blinken İsrail prezidenti İsaak Hersoqla telefon danışığı aparıb.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentindən açıqlama verilib. Bildirilib ki, Blinken Herzoq ilə telefon danışığında münaqişələrdə mülki şəxslərə zərərin minimuma endirilməsi üçün tədbirlər görülməsinə çağırıb.İsrailin özünümüdafiə haqqını müdafiə etdiklərini bir daha vurğulayan Blinken, Qəzzaya humanitar yardımların artırılmasının lazım olduğunu bildirib. Digər tərəfdən Blinken ukraynalı həmkarı Dmitro Kuleba ilə də telefonla danışıb və Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.

Görüş zamanı Blinken Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq olduqlarını bir daha bəyan edib və ABŞ-ın ukraynalılara dəstəyini davam etdirəcəyini bildirib.

Bahadur Seyidov