Paulo Dibaladan model sevgilisinə sürpriz evlilik təklifi!



 20:28 01.11.2023     756

"Roma"nın argentinalı ulduzu Paulo Dibala Sevgi Bulaqında model sevgilisi Oriana Sabatiniyə evlilik təklifi edib.

Demedia.az xəbər verir ki, "Roma"nın ulduzu Paulo Dibala model sevgilisi Oriana Sabatiniyə evlilik təklifi edib. Dibala İtaliyanın Roma şəhərindəki Sevgi Bulaqına pul atarkən sevgilisinə evlilik təklifi edib.

Paulo Dibala yay transfer dövründə "Qalatasaray"la maraqlanırdı. "Qalatasaray Sportif A.Ş."nin sədr müavini Erden Timurun Çempionlar Liqası üçün 10 nömrəli argentinalı istəməsi uzun müddətdir gündəmdədir.

2022-2023 mövsümündə "Yuventus"dan "Roma"ya transfer olunan Paulo Dibala son 2 mövsümdə 45 matça çıxıb. Dibala "Roma"nın heyətində 20 qol vurub, 9 məhsuldar ötürmə edib.

Paulo Bruno Exequiel Dybala, 5 noyabr 1993-cü ildə anadan olub, Argentina milli futbolçusudur. O, A Seriyasının komandalarından olan Roma komandasında oynayır.

Karyerasına 2011-ci ildə Argentinanın "İnstituto" klubunda başlayıb, 2012-ci ildə İtaliyanın "Palermo" klubuna transfer olunub. 2015-ci ildə "Yuventus"a transfer olundu və ilk mövsümündə İtaliya Kubokunu və İtaliya Superkubokunu qazandı.

Aysun / Demedia.az