Metroda "tüpürmək" davası - Bir anda ortalıq qarışdı



 22:05 01.11.2023     785

İstanbul metrosunda səyahət edən iki adam arasında dava düşüb.

Demedia.az xəbər verir ki,  hadisə bu yaxınlarda Kağıthane 4. Levent metrosunda baş verib. İddialara görə, səyahət edən iki vətəndaş arasında naməlum səbəbdən mübahisə düşüb və bir nəfər digərinin üzünə tüpürüb.

Daha sonra hər iki şəxs təpik və yumruq zərbələri ilə bir-biri ilə döyüşüb. Davanı görən digər dostlar və sərnişinlər işə qarışanda metro qəfildən boks rinqinə çevrilib. Söyüş və hədə-qorxu ilə davam edən davaya müdaxilə edən digər sərnişinlər çətinliklə də olsa ara veriblər.Həmin anlar sərnişinin mobil telefon kamerası tərəfindən lentə alınıb.

Aysun / Demedia.az