Blinken Türkiyəyə gedir
ABŞ xarici işlər naziri Antoni Blinken Türkiyəyə səfər edəcək.
Demedia.az CNN Türk-ə istinadən xəbər verir ki, nazirin səfəri 5 noyabrda baş tutacaq. Səfər çərçivəsində Blinen Türkiyə XİN rəhbəri Hakan Fidanla görüşəcək.
Görüşün əsas gündəmi İsrail-Həmas münaqişəsi olacaq. İki nazirin bölgədə atəşkəsin təmin edilməsi səylərini, davamlı sülhə doğru addımları və Qəzzada humanitar faciəyə son qoyulmasını müzakirə edəcəyi gözlənilir.
Bahadur Seyidov