Priqojinin oğlu “Vaqner”in rəhbəri oldu



 16:14 02.11.2023     6954

Rusiya Qvardiyasının tərkibində olan "Vaqner"in yeni rəhbəri Yevgeni Priqojinin oğlu Pavel Priqojin olub.

Demedia.az xəbər verir ki, bu barədə “59.ru” portalı  məlumat yayıb.

Nəşr qeyd edib ki,  “Vaqneritlər” hazırda Rusiya Qvardiyasının tərkibindədir və diviziyalara bölünür.

Bildirilib ki,  artıq “Vaqner”ə könüllülər cəlb olunmağa başlayıb, lakin qrup yalnız mülki  şəxsləri  sıralarına qoşur.

Bəzi “Telegram” kanalları “ Vaqner”ə üzv olmaq istəyən hər kəslə müqavilələrin imzalanacağını qeyd edir. Onlar 20-55 yaş arası vətəndaşlarla müqavilə bağlamağa hazırdırlar.

Bahadur Seyidov